Pakistanda avtobus qayalıqdan aşdı - 20 ölü
3 May 2024 10:23 DünyaPakistanın Gilgit Paltistan əyalətində avtobusun aşması zamanı 20 nəfər ölüb, 20 nəfər yaralanıb.
Olaylar bildirir ki, hadisə əyalətin Diamer rayonunda baş verib. Əraziyə polis və xilasedicilər cəlb olunub.
Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib.
O da bildirilib ki, nəqliyyat vasitəsi Ravalpindi istiqamətində hərəkətdə olub. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31