Şimali Koreyanın iqtisadi nümayəndə heyəti İrana yola düşüb - ÖZƏL
24 Aprel 2024 14:13 DünyaOlaylar.az xəbər verir ki, Şimali Koreyanın xarici ticarət naziri Yun Conq Honun başçılıq etdiyi nümayəndə heyəti İrana gedib.
KİV-in məlumatına görə, Xarici Ticarət Nazirliyinin nümayəndə heyəti aprelin 23-də Pxenyandan yola düşüb. Səfərin məqsədləri və gündəliyi barədə məlumat verilməyib.
Bu arada Cənubi Koreyanın Yonhap xəbər agentliyi bu səfərin iki ölkənin hərbi əlaqələri inkişaf etdirmək planları ilə bağlı ola biləcəyinə diqqət çəkir.
Şimali Koreya rəsmiləri İrana sonuncu dəfə 2019-cu ildə səfər ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31