Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

Misir Ermənistanın Qazaxın dörd kəndini Azərbaycana qaytarması və iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.

Olaylar xəbər verir ki, rəsmi bəyanatda Misir Xarici İşlər Nazirliyi bu razılaşmanın müsbət irəliləyiş olduğunu bəyan edib.

Nazirlik bu mühüm addımı yüksək qiymətləndirərək, hər iki tərəfi sülh sazişinin əldə edilməsi üçün etimadı artıran yeni addımlar atmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31