Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

Olaylar xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmik stansiyalar şəbəkəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 11:19-da qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstan ərazisində Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31