Saxlanılan Şoyqunun müavini barəsində qərar verildi
24 Aprel 2024 11:55 DünyaMoskvanın Basman rayon məhkəməsi ölkənin müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Olaylar xəbər verir ki, o, iyunun 23-nə qədər istintaq təcridxanasında saxlanılacaq.
Xatırladaq ki, T.İvanov aprelin 23-də 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31