La-Manş boğazını keçmək istəyən 5 nəfər öldü - Biri uşaqdır
24 Aprel 2024 11:27 DünyaBiri uşaq olmaqla 5 nəfər kiçik qayıqla La-Manş boğazını keçmək istəyərkən həlak olub.
Olaylar xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fransa rəsmilərinin sözlərinə görə, qayıq bu gün səhər Fransanın şimalındakı Wimereux çimərliyindən yola düşüb.
La-Manş və Şimal dənizinə cavabdeh olan Fransa rəsmiləri qayıqda 100-dən çox adamın olduğunu bildiriblər. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31