ABŞ Moskvaya qarşı sanksiyaların əsl məqsədini gizlətməyi dayandırır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib ki, ABŞ Moskvaya qarşı sanksiyaların əsl məqsədini gizlətməyi dayandırıb.
"Vaşinqton ölkəmizə qarşı məhdudlaşdırıcı təzyiqinin əsl niyyətini gizlətməyi dayandırıb. Söhbət Ukraynadakı münaqişənin həllinə dair hər hansı mifik istəklərdən deyil, banal fürsətçi və yırtıcı ambisiyalardan gedir", - o, ABŞ rəsmilərinin Rusiyanın enerji sektoruna təzyiqi artırmaq planları ilə bağlı açıqlamalarına münasibət bildirib.
Antonov vurğulayıb ki, ABŞ rəsmiləri Rusiyanı məhdudiyyətlərlə hədələmək üçün "hər fürsətdən istifadə edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31