Erməni politoloq Tavuşda həbs edilib
24 Aprel 2024 10:28 DünyaTavuşda sərhədlərin demarkasiyası prosesinə etiraz edən bir sıra erməni saxlanılıb.
Olaylar bu barədə erməni KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, saxlanılanlar Noyemberyan polis bölməsinə aparılıb. Onların hamısı azadlığa buraxılıb, lakin politoloq Suren Petrosyan həbs edilib.
Qeyd edək ki, aprelin 22-də Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb. Təşkilat üzvləri Tavuş vilayətində insident törətdiklərinə görə saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31