ABŞ getsə, dünyanın lideri kim olacaq? - Bayden
24 Aprel 2024 10:15 DünyaABŞ dünya səhnəsindən getsə, dünya lidersiz qalacaq.
Olaylar bildirir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib.
"Biz ən mühüm ölkəyik. Bu, zarafat, öyünmək deyil. Trampın istədiyi kimi Birləşmiş Ştatlar dünya arenasından getsə, bəs lider kim olacaq?" - deyə Bayden bildirib.
Prezident həmçinin iddia edib ki, seçkiqabağı sorğuların nəticələri vəziyyətin onun xeyrinə olduğunu göstərir. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31