Ermənistanda daha bir qrup etirazçı saxlanıldı - VİDEO
24 Aprel 2024 10:11 DünyaErmənistanda daha bir qrup etirazçı saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilib ki, polis "Vətən naminə Tavuş" təşəbbüsünün fəallarını saxlayıb. Saxlanılanlar arasında politoloq Suren Petrosyan və ehtiyatda olan polkovnik Mihran Mahsudyanın da olduğu qeyd edilir.
Məlumata görə, onlar Qazaxın Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək kəndlərində etirazlarda iştirak etdikləri üçün saxlanılıblar. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31