Zaxarova: NATO təlimləri təxribat xarakterlidir

Aprelin 26-da Finlandiyada Rusiya-Finlandiya sərhədinə yaxın ərazidə başlayacaq NATO təlimləri təxribat xarakterlidir.

Olaylar bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Rusiya sərhədləri yaxınlığında NATO hərbi təlimləri təxribat xarakterlidir. Onların məqsədi Rusiya Federasiyasına hərbi təzyiq göstərmək üçün güc nümayiş etdirməkdir", - XİN rəsmisi vurğulayıb. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31