Ən sürətli istiləşən qitə- ÖZƏL

İki ən yaxşı iqlim monitorinqi təşkilatı Avropanın ən sürətli istiləşən qitə olduğunu və 2023-cü ilin qitədə qeydə alınmış ən isti il olduğunu açıqlayıb.

Olaylar.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzdindəki Dünya Meteoroloji Təşkilatı və Avropa Birliyi Kopernik İqlim Dəyişikliyi Xidməti ortaq bir hesabat yayımlayıb. 

Mütəxəssislər izah edirlər ki, 2023-cü il Avropada ən isti il olub və bu, əsasən iqlim dəyişikliyi səbəbindən baş verib. Qitədəki temperatur qeydə alınan ən isti sentyabr ayı da daxil olmaqla 2023-ün 11 ayı ərzində ortalamadan yüksək idi. Tədqiqatçılar Avropanı dünyanın "ən sürətli istiləşən qitəsi" elan ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31