Külli miqdarda rüşvət alan vergi rəisi tutuldu
23 Aprel 2024 20:32 DünyaRusiyanın Novosibirsk vilayətində vergi departamentinin rəhbəri milyonlarla rubl rüşvət aldığı üçün saxlanılıb.
Olaylar lent.az-a istinadən bildirir ki, rəis yerli şirkətə vergi yoxlamasından keçməyə və onun nəticələrini saxtalaşdırmağa kömək edəcəyini söz verib. Bunun üçün şirkətdən 5 milyon rubl (təxminən 91 min manat) məbləğində rüşvət alıb. Məbləğin bir hissəsi işçiyə vasitəçi vasitəsilə köçürülüb, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxsin tutulması məsələsi həll edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31