Putinin andiçməsi bu tarixdə olacaq

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Olaylar bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Hazır ki dövlət başçısı Vladimir Putin seçkilərdə qələbə qazanıb. Bir neçə gün bundan öncə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova prezidentlik vəsiqəsini Putinə təqdim edib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31