Ukraynadakı münaqişə 2025-ci ilin sonuna qədər bitə bilər - ÖZƏL
23 Aprel 2024 12:36 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, iyunda keçiriləcək Avropa Parlamentinə və noyabrda keçiriləcək ABŞ prezident seçkilərində müharibə deyil, sülh tərəfdarları qalib gəlsələr, Ukraynadakı münaqişə 2025-ci ilin sonuna kimi həll oluna bilər.
Orban hesab edir ki, sülh tərəfdarları Avropa Parlamentinə seçkilərdə qalib gəlsələr, Avropada hərbi qərarlar ləngidilə, dayandırıla və ya hətta ləğv edilə bilər.
"Amerikada başqa bir seçki keçiriləcək. Bir namizəd müharibə, digəri isə sülh tərəfdarı olacaq. Əgər dinc namizəd qalib gəlsə, o zaman biz Amerikadan dəstək alacağıq", - deyə Orban müharibəni qızışdıran namizəd kimi Co Baydeni, sülhməramlı namizəd kimi isə Donald Trampı qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31