Tobol çayında suyun səviyyəsi 144 sm artıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Tümen vilayətinin Korkino kəndi yaxınlığındakı Tobol çayında suyun səviyyəsi son 24 saatda 144 sm artıb. Bu barədə yerli administrasiya bildirib.

"Səhər saat 8:00-a Korkino kəndi yaxınlığındakı Tobol çayında suyun səviyyəsi 24 saat ərzində 144 sm artaraq 714 sm təşkil edib", - məlumatda deyilir.

Məlumata görə, Uporovo kəndi yaxınlığında suyun səviyyəsi 56 sm artaraq 550 sm-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31