İsrail daha bir komandiri məhv etdi
23 Aprel 2024 11:32 Dünyaİsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda radikal qruplaşma üzvlərini daşıyan avtomobilə hücum edib.
Olaylar xəbər verir ki, bu barədə "Əl-Hadath" telekanalı məlumat yayıb .
Məlumata görə, Səidə şəhəri yaxınlığında Zəhrani ərazisində magistral yoldakı avtomobilə hücum olunub.
Silahlı birləşmələrin şəxsiyyəti hələlik məlum olmayan səhra komandirlərindən biri öldürülüb.
Öldürülən şəxsin Hizbullah üzvü, yaxud Fələstinin HƏMAS hərəkatına mənsub olduğu hələlik məlum deyil. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31