Malayziyada helikopterlər toqquşdu: azı 10 nəfər ölüb
23 Aprel 2024 10:06 DünyaMalayziyanın Lumut şəhərində iki helikopter ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi ilə bağlı hava paradından əvvəl təlim uçuşu zamanı qəzaya uğrayıb.
Olaylar xəbər verir ki, bu barədə Malayziyanın Yanğınsöndürmə və Xilasetmə Xidməti bildirib.
Xidmət hər iki hava gəmisində olan 10 ekipaj üzvünün həlak olduğunu açıqlayıb.
Yerli mediada yayılmış görüntülərə əsasən, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib, bundan sonra hər iki hava nəqliyyatı vasitəsi yerə düşüb.
İlkin məlumata görə, helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb. Onlardan birində üç, digərində yeddi ekipaj üzvü var idi. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31