Almaniya prezidenti Türkiyəyə səfər edib
22 Aprel 2024 15:33 DünyaAlmaniya prezidenti Frank-Valter Ştaynmayer Türkiyəyə rəsmi səfər edib.
Olaylar xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Ştaynmayeri İstanbul hava limanında İstanbul valisi Davut Gül, Almaniyanın səfiri Yurgen Şults, Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen və digər rəsmilər qarşılayıb.
Almaniya prezidentinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100 illiyi münasibətilə baş tutan 3 günlük səfər çərçivəsində İstanbul, Qaziantep və Ankaraya gedəcəyi qeyd olunub.
Vurğulanıb ki, Ştaynmayer aprelin 24-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31