Şimali Koreya ballistik raket buraxıb - ÖZƏL
22 Aprel 2024 15:17 DünyaOlaylar.az xəbər verir ki, Yaponiya Sahil Mühafizəsi Şimali Koreyanın ballistik raket atdığını ehtimal edərək, onun artıq düşdüyünü bildirib.
Agentliyin məlumatına görə, raket 7 dəqiqə havada olub. NHK telekanalının məlumatına görə , o, Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
Bu, Şimali Koreyanın bu il dördüncü ballistik raket buraxılışıdır. Pxenyan sonuncu dəfə aprelin 2-də ballistik raket buraxmışdı. Həmin vaxt Koreya Mərkəzi Xəbər Agentliyi yeni Hwasong-16B orta mənzilli hipersəs raketinin uğurlu sınağı barədə məlumat vermişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31