Bu ölkədə SİLAHLI HÜCUM: 6 əsgər HƏYATINI İTİRDİ
22 Aprel 2024 14:36 DünyaNigeriyada silahlı hücumda 6 əsgər həyatını itirib.
Olaylar.az xəbər verir ki, bu barədə ordu sözçüsü general-mayor Onyema Nvaçukvu yazılı açıqlama verib. Məlumatda qeyd olunub ki, Niger əyalətinin Karaqa kəndində xidmət edən ordu mənsubları silahlı hücuma məruz qalıb.
"Hücum zamanı 6 əsgər həyatını itirib, 2 əsgər isə yaralanıb".
Qeyd edək ki, Nigeriya son vaxtlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, eləcə də terror təşkilatları Boko Haram və ISWAP-ın hücumları ilə mübarizə aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31