Paşinyanın müavini Tavuş sakinlərinin nümayəndələri ilə görüşəcək

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Tavuş sakinlərinin nümayəndələri ilə görüşəcək.

Olaylar xəbər verir ki, bu barədə məlumatı baş nazir müavinin aparatının nümayəndəsi Ani Babayan yerli KİV-ə təsdiqləyib.

Onun sözlərinə görə, görüş İrəvanda hökumət binasında keçiriləcək.

Tavuş sakinlərinin nümayəndələri özləri İrəvana gələcək.

Görüşün dəqiq vaxtı və görüşdə kimlərin iştirak edəcəyi açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31