Bu ölkədə ABŞ-nin nüvə silahı yerləşdirilə bilər
22 Aprel 2024 12:14 DünyaPolşada NATO-nun "Nuclear Sharing" proqramı çərçivəsində ABŞ-nin nüvə silahı yerləşdirilə bilər.
Olaylar xəbər verir ki, bu barədə Polşa prezidenti Andjey Duda "Fakt" qəzetinə müsahibəsində deyib.
O, bu barədə ABŞ-dən olan tərəfdaşlarla dəfələrlə danışdığını və ölkənin nüvə silahlarının Polşada yerləşdirilməsinə etiraz etmədiyini bildirib.
"Məndən bu barədə soruşanda buna hazır olduğumuzu bildirdim", - deyə Polşa prezidenti əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31