Sülhməramlılar birbaşa Ukraynaya göndərilir?
22 Aprel 2024 11:30 DünyaMəlum olduğu kimi, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə başlayıb.
Olaylar bildirir ki, "Bild" nəşrinin hərbi analitiki Yulian Röpke məsələyə münasibət bildirib.
Onun sözlərinə görə, bu kontingentin Ukrayna cəbhəsinə göndərilə biləcəyi ilə bağlı bəzi informasiyalar var:
"Kontingentin ümumi sayı təxminən 2000 min hərbi qulluqçudan ibarətdir. Rus sülhməramlılar onlarla yeni BTR-82A zirehli personal daşıyıcısı ilə silahlanıblar ki, bu da rusların zirehli texnikalarının kəskin çatışmazlığı olan cəbhədə faydalı olacaq". (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31