Kirill Budanov: "Qarşıdakı aylar Ukrayna üçün çox çətin olacaq"
22 Aprel 2024 10:58 DünyaMayın ortalarından iyunun əvvəlinə qədər Ukrayna kifayət qədər çətin vəziyyətlə üzləşəcək.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov BBC-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu, təkcə cəbhədən və ya daxili siyasi vəziyyətdən deyil, hər şeydən asılıdır:
"Bizim qiymətləndirmələrimizə görə, yaxın gələcəkdə kifayət qədər çətin vəziyyət yaranacaq. Amma bu, faciəli olmayacaq. Rusiya kompleks tədbirlərə əl atacaq. Bu, təxminən mayın ortaları iyunun əvvəlinə təsadüf edəcək".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. (Sfera.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31