İrəvanda Zvartnots hava limanında bir sıra reyslər gecikib
22 Aprel 2024 10:30 Dünyaİrəvanda Zvartnots hava limanında bir sıra reyslər gecikib.
Olaylar xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, hava limanında Moskva, Soçi, Sankt-Peterburq, Venesiya, Kişinyov və digər şəhərlərin reyslərində gecikmə müşahidə olunub.
Qeyd olunub ki, qrafikə görə saat 10:00-da eniş etməli olan Venesiya-İrəvan reysi hələ uçuş həyata keçirməyib. Sərnişinlərə gecikmənin səbəbi olaraq Zvartnots hava limanının guya bağlı olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31