Tbilisidə məktəblərdə terror həyəcanı
22 Aprel 2024 09:52 DünyaGürcüstanın paytaxtı Tbilisidə məktəblərdə terror aktları planlaşdırılır.
Olaylar bildirir ki, bu barədə yerli teleqram kanallarında məlumat yayılıb.
Məlumatla əlaqədar Milli Təhlükəsizlik Xidməti araşdırmalara başlayıb.
Yayılan xəbərlərdə 10 məktəbdə qətliamın baş verəcəyi proqnozlaşdırılıb.
"Imedi" telekanalı bildirib ki, siyahısı dərc edilən məktəblərin hər birində rus sektoru var.
Xatırladaq ki, 10 gün əvvəl İrəvanda da bir sıra məktəb və ticarət mərkəzlərində terror aktlarının olacağı məlumatı yayılmışdı. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31