"İran bütün dünyanı hədəf alacaq"

İsrail ərazisinə bu yaxınlarda edilən hücum planetin digər ölkələrini nə gözlədiyinin "sadəcə elanı" idi, ona görə də Tehranı mümkün qədər tez dayandırmaq lazımdır.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu İsrail xarici işlər naziri İsrail Katz deyib.

"İran raketləri: sizə yaxın bir şəhərə doğru gedir. Çox gec olmadan İranı dayandırın. Dünya SEPAH-ı terror təşkilatı kimi tanımalı və İranın ballistik raket proqramına qarşı sanksiyalar tətbiq etməlidir", - nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31