Ərdoğanın İraq səfəri: 12 ildən sonra nələr dəyişəcək?
20 Aprel 2024 14:53 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 ildən sonra İraqa gedir. Bununla da iki ölkə arasındakı münasibətlərin fərqli səviyyəyə daşınacağı gözlənilir.
Olaylar xəbər verir ki, Ərdoğanın İraqa səfəri zamanı müzakirə olunan əsas mövzular Yaxın Şərqdəki qaynar gündəm və terrorla mübarizə kimi çox mühüm məsələlərdir.
Aprelin 22-nə planlaşdırılan səfər 12 ildən sonra ilk dəfə həyata keçiriləcək. Çünki prezident Ərdoğan sonuncu dəfə baş nazir olduğu dövrdə İraqa gedib. (publika.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31