Biz onları qorumaq üçün milyardlar xərcləyirik - Tramp

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa ölkələrini öz müdafiəsi üçün maliyyə ayırmamaqda ittiham edib və ABŞ-ın buna görə milyardlarla dollar xərclədiyini bildirib.

Olaylar xəbər verir ki, D.Tramp bu barədə sosial şəbəkədə yazıb.

"Almaniya və digər Avropa ölkələrinin böyük büdcə profisiti var, hərçənd biz onları qorumaq üçün milyardlarla vəsait xərcləyirik", - keçmiş prezident bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31