Ekvadorda fövqəladə vəziyyət rejimi tətbiq edilib
20 Aprel 2024 10:02 DünyaEkvador Prezidenti Daniel Noboa enerji böhranı ilə əlaqədar ölkədə 60 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.
Olaylar xəbər verir ki, fərmana görə, bu tədbir enerji çatışmazlığı probleminin həlli üçün kifayət qədər vaxtın olmasını təmin etmək və yaxın gələcəkdə vəziyyətin sabitləşəcəyini nəzərə alaraq hazırda elektrik enerjisindən səmərəli istifadə məqsədi daşıyır.
Bundan əlavə, fərman mühüm enerji infrastrukturu obyektlərinin təxribat, terror hücumları və digər təhlükələrdən mühafizəsi məqsədilə polisin və silahlı qüvvələrinin səfərbər edilməsini nəzərdə tutur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31