Parisdə İran konsulluğunu partlatmaqla hədələyən şəxs saxlanılıb (YENİLƏNİB)
19 Aprel 2024 18:00 DünyaParis polisi kamikadze kəməri geyinmiş və İran konsulluğunu partlatmaqla hədələyən şəxsi həbs edib.
Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
16:36
Parisdə kamikadze kəməri geyinmiş naməlum kişi İran konsulluğuna daxil olaraq binanı partladacağı ilə hədələyib.
Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV polisdəki mənbələrə istinadən məlumat yayıb.
"Hazırda kişi Parisin 16-cı rayonunda yerləşən İran konsulluğunun binasında gizlənib. Partladıcı quraşdırılmış kəmər geyinən kişi onu işə salacağı ilə hədələyib", - məlumatda deyilir.
Qeyd olunub ki, polis təhlükəsizlik tədbiri olaraq ərazini mühasirəyə alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31