“Apple” Çində bu proqramları “App Store”dan sildi
19 Aprel 2024 17:52 Dünya"Apple" Çin hakimiyyətinin tələbi ilə "WhatsApp" mesencerini və "Threads" xidmətini Çindəki "App Store"dan silib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Facebook", "Instagram" və "Messenger" kimi digər korporasiya məhsulları isə yükləmək üçün əlçatan qalır.
"Çinin kibertənzimləyicisi milli təhlükəsizlik baxımından bu proqramların çıxarılmasına göstəriş verib", - deyə "Apple"ın açıqlamasında deyilir.
Həmçinin korporasiya fəaliyyət göstərdiyi ölkənin qanunlarına, hətta onlarla razılaşmasa belə, riayət etməyə borclu olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31