Parisdə naməlum şəxs İran konsulluğunu partladacağı ilə hədələyib
19 Aprel 2024 16:45 DünyaParisdə kamikadze kəməri geyinmiş naməlum kişi İran konsulluğuna daxil olaraq binanı partladacağı ilə hədələyib.
Olaylar xəbər verir ki, bu barədə xarici KİV polisdəki mənbələrə istinadən məlumat yayıb.
"Hazırda kişi Parisin 16-cı rayonunda yerləşən İran konsulluğunun binasında gizlənib. Partladıcı quraşdırılmış kəmər geyinən kişi onu işə salacağı ilə hədələyib", - məlumatda deyilir.
Qeyd olunub ki, polis təhlükəsizlik tədbiri olaraq ərazini mühasirəyə alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31