MAQATE İranın nüvə obyektlərinə heç bir ziyan vurmadığını qeyd edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İsrailin zərbəsi ilə bağlı xəbərləri fonunda İranın nüvə obyektlərinə hər hansı ziyan dəymədiyini bildirib.
"MAQATE İranın nüvə obyektlərinə heç bir ziyanın olmadığını təsdiq edə bilər", - bəyanatda deyilir. 

"MAQATE-nin baş direktoru Rafael Qrossi hər kəsi həddindən artıq təmkinli olmağa çağırmaqda davam edir və bir daha təkrar edir ki, nüvə obyektləri heç vaxt hərbi münaqişələrdə hədəf olmamalıdır. MAQATE vəziyyəti çox diqqətlə izləyir", - agentlik əlavə edib.
Bundan əvvəl ABC televiziyası ABŞ rəsmisinə istinadən xəbər vermişdi ki, İsrail İran ərazisindəki obyektə raket zərbəsi endirib. CNN başqa bir ABŞ rəsmisinə istinadən bildirib ki, raket buraxılışı İsrailin aprelin 13-də İranın hücumuna cavabıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31