İranın HHM sistemləri İsfahan səmasında üç PUA-nı vurub

İranın hava hücumundan müdafiə qüvvələri İsfahan səmasında olan üç pilotsuz uçuş aparatını vurub.

Olaylar-ın məlumatına görə, bu barədə İran televiziyası xəbər verib.

Bildirilib ki, pilotsuz uçuş aparatları cümə günü yerli vaxtla təxminən 03:00-da İsfahan üzərində müşahidə edilib. Bundan sonra hava hücumundan müdafiə sistemi işə başladı və "onları göydə məhv etdi".

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31