Dubaydakı daşqında belə həyatda qaldı - VİDEO
18 Aprel 2024 19:59 DünyaGüclü yağışların təsirinə məruz qalan Dubayda bir pişiyin həyatda qalmaq üçün necə mübarizə apardığı barədə görüntülər sosial mediada gündəm olub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sudan xilas olmaq üçün avtomobilin qapısından asılı qalan pişik xilas edilib.
Sözügedən video bu başlıqla paylaşılıb:
"Dubayda bütün həyatlar önəmlidir".
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yağan leysan yağışlar ölkədə həyatı iflic edib.
Güclü yağış səbəbindən yollarda gölməçələr əmələ gəlib, nəqliyyat vasitələri yollarda qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31