Məhkəmə sabiq erməni nazir ilə bağlı qərar verdi

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan həbsdə qalacaq.

Olaylar.az APA-ya istinadən bildirir ki, məhkəmə müdafiə tərəfinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini yenidən rədd edib.

Sabiq nazir 2 il 7 aydır ki, həbsdədir.

Qeyd edək ki, Tonoyan bir neçə yüksək rütbəli hərbçi ilə birlikdə istifadəyə yararsız raketlər almaqda və 4,6 milyon dollar mənimsəməkdə ittiham olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31