Bu ölkə Rusiya ilə sərhəddə sığınacaq verməkdən imtina edəcək
18 Aprel 2024 17:03 DünyaFinlandiya Nazirlər Kabineti Rusiya ilə sərhəddə sığınacaq verməkdən imtina etməyə imkan verən qanun layihəsini parlamentə təqdim edib.
Olaylar.az xəbər verirki, bu barədə Finlandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsinə görə, Finlandiyada sığınacaq istəyən şəxslər müraciətlərinə baxılan müddətdə qərarı birbaşa sərhəddə və ya onun yaxınlığında gözləməli olacaq və qaçqınların qəbul mərkəzini tərk edə bilməyəcəklər.
Məlumata görə, bu dəyişikliklər Finlandiyanın Rusiya ilə sərhədinə və hava limanlarına şamil ediləcək.
Qeyd olunub ki, Finlandiyadan sığınacaq istəyən, lakin imtina cavabı alan şəxsləri daha sürətlə deportasiya etmək mümkün olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31