Stoltenberq G7 XİN rəhbərlərinin iclasında iştirak edəcək
17 Aprel 2024 19:07 DünyaNATO Baş katibi Yens Stoltenberq İtaliyanın Kapri şəhərində keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin iclasına qatılacaq.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, aprelin 18-də Baş katib Stoltenberq G7 XİN rəhbərlərinin iclasında iştirak edəcək.
NATO Baş katibi eyni zamanda Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə də görüşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31