Mirzoyan Səudiyyə Ərəbistanına gedib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına gedib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Mirzoyan Ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusuf bin Abdulla Əl-Banyanla görüşüb.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub.

Qeyd edək ki, Mrzoyanın 2023-cü ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulandan sonra Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfəri olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31