Zurabişvili etirazla qarşılanan qanunla bağlı qərarını açıqladı
17 Aprel 2024 16:41 DünyaGürcüstan Prezidenti Salome Zurabişvili ölkədə etirazlara səbəb olan "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoyacağını açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Xatırladaq ki, Gürcüstan parlamenti bu gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31