Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 16:35 DünyaGürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xarici agentlərlə bağlı qanun layihəsinin qəbul edilməsinə qarşı mitinq keçirən tərəfdarlarını etirazları davam etdirməyə və bütün ölkəyə yaymağa çağırıb.
Olaylar bildirir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Güc yalnız birlikdədir. Təbii ki, etiraz aksiyaları davam etməli və bütün Gürcüstanı əhatə etməlidir. Nə qədər çox olsaq, bir o qədər tez qalib gələcəyik", - o bildirib.
Saakaşvili bütün müxalifət qüvvələrini payızda keçiriləcək parlament seçkilərinə qədər birləşməyə çağırıb.
Qeyd edək ki, bu gün Gürcüstan parlamenti xarici agentlərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31