ABŞ Konqresi İrana qarşı sanksiyaların müddətsiz qüvvədə olmasını dəstəkləyib
17 Aprel 2024 16:30 DünyaABŞ Konqresinin Nümayəndələr Palatası dövlət başçısının İrana qarşı sanksiyalar tətbiq etməsinə imkan verən qanunun müddətsiz qüvvədə qalmasını dəstəkləyib.
Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Nümayəndələr Palatasının 407 üzvü qanun layihəsinin lehinə, 16 nəfər isə əleyhinə səs verib.
Qeyd olunub ki, sənəd nəzərdən keçirilməsi üçün Senata göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31