Rusiya kəşfiyyatının rəhbəri Putinə Misirə səfərinin nəticələri barədə məlumat verib - ÖZƏL

Rusiya prezidenti Vladimir Putin və Xarici Kəşfiyyat Xidmətinin (SVR) direktoru Sergey Narışkin daimi təmasdadır.

Olaylar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
"Narışkin daim təmasdadır, dövlət başçısı ilə gündəlik əlaqədədir. Necə ola bilər ki, hesabat verməsin?" - sözçüsü müvafiq suala cavab olaraq bildirib.
Bundan əvvəl Qahirədə Narışkin və Misir prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərqdə vəziyyəti sabitləşdirmək və regionda gərginliyi azaltmağın mümkün yollarını müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31