Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib
17 Aprel 2024 15:45 DünyaGürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.
Olaylar xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib, müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk ediblər.
Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.
Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31