Rusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub
17 Aprel 2024 14:01 DünyaRusiya 235 avstraliyalı deputatın ölkəyə girişinə qadağa qoyub.
Olaylar xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, qadağa sözügedən deputatların Avstraliyada anti-Rusiya gündəm formalaşdırmaları ilə bağlıdır. Belə ki, onların Rusiya ərazisində girişi müddətsiz olaraq qadağan edilib.
Rəsmi Kanberra anti-Rusiya kursundan imtina etməyəcəyi və ölkəyə qarşı yeni sanksiyalar tətbiq edəcəyi təqdirdə Moskvanın qadağa siyahısı üzərində işləməyə davam edəcəyi bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31