ABŞ yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan bəyan edib ki, Vaşinqton İrana qarşı İranın raket və pilotsuz uçan aparatlarının hazırlanması proqramlarına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən şirkətlərə qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Bəyanata görə, ABŞ prezidenti Co Bayden ABŞ-ın müttəfiqləri və tərəfdaşları və ABŞ Konqresinin hər iki palatasının rəhbərləri ilə birlikdə İranın İsrailə zərbəsinə "hərtərəfli cavab" hazırlayır.
"Yaxın günlərdə ABŞ İranı hədəf alan yeni sanksiyalar, o cümlədən onun raket və pilotsuz uçuş aparatları proqramı, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və İranın Müdafiə Nazirliyinə dəstək verən qurumlara qarşı yeni sanksiyalar tətbiq edəcək", - bəyanatda deyilir.
Sullivanın sözlərinə görə, ABŞ müttəfiqlərinin və tərəfdaşlarının "tezliklə öz sanksiyaları ilə izləyəcəklərini" gözləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31