Təbrizdə əxlaq polisinin sayı artırıldı
17 Aprel 2024 13:13 DünyaTəbrizin müxtəlif bölgələrində, xüsusilə mərkəzi küçə və meydanlarda əxlaq polisinin patrullarının sayı artırılıb.
Olaylar xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat və məlumat yayıblar.
Bildirilib ki, məcburi hicab qaydalarına tam riayət etməyən xanımlara qarşı zorakılıq edilir, kimlikləri alınaraq qeydiyyat aparılır.
Xüsusilə böyük alış-veriş mərkəzlərində nəzarət və təzyiqlərin daha çox olduğu vurğulanıb.
Qeyd edək ki, aprelin 13-dən başda Tehran olmaqla İranın bir neçə şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31