İran səfiri Portuqaliya XİN-ə çağırıldı
16 Aprel 2024 20:17 Dünyaİran səfiri Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.
Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Portuqaliya XİN İran səfirini ölkəsinin İsrailə qarşı hücumunu şiddətli şəkildə pisləmək və Hörmüz boğazında SEPAH tərəfindən ələ keçirilən Portuqaliya bayraqlı MSC Aries konteyner gəmisinin dərhal azad edilməsini tələb etmək üçün çağırıb.
Qeyd edək ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) cənubda Hörmüz boğazı yaxınlığında "MCS Aries" adlı konteyner daşıyan gəmini ələ keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31